16 May 2024
Ərdoğan kimi liderlər dünyaya yüz ildə bir gələ bilər

Ərdoğan kimi liderlər dünyaya yüz ildə bir gələ bilər

25 May 2023
Baxış: 418

“Rəcəb Tayyib Ərdoğan kimi liderlər dünyaya yüz ildə bir gələ bilər”.

Bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu İstanbulda çıxışı zamanı deyib.

O, Rəcəb Tayyib Ərdoğanın prezident seçkilərində qələbəsinə inandığını və yenidən prezident seçiləcəyinə əminliyini ifadə edib.

Nazir Ərdoğanın hakimiyyəti dövründə Türkiyənin zəncirləri qırdığını və tamamilə müstəqil olduğunu söyləyib.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.

Teqlər: