21 May 2024
Ən etibarlı və ən etibarsız avtomobillər – Almaniya şirkətinin yaydığı SİYAHI

Ən etibarlı və ən etibarsız avtomobillər – Almaniya şirkətinin yaydığı SİYAHI

14 Dekabr 2023
Baxış: 474

Almaniyanın TUV SUD ekspert şirkəti alman mütəxəsislərinin rəylərini əsas götürərək ən etibarlı avtomobillərin reytinq sıralamasını tərtib edib.

AJMEDİA.İNFO xəbər verir ki, TUV SUD şirkəti qiymətləndirmə apararkən avtomobillərə texniki qulluq zamanı aşkar edilən qüsurların statistikasını öyrənib. Tədqiqat 2023-cü ildə sınaqdan keçirilmiş on milyondan çox avtomobili əhatə edib və reytinq avtomobillərin yaşından asılı olaraq kateqoriyalara bölünüb.

Müəyyən olunub ki, istehsal tarixi 2-3 ilə qədər olan ən etibarlı avtomobillər “Volkswagen Golf Sportsvan”, “Audi Q2” və “Audi TT”dir. Bu yaşda olan avtomobillər arasında ən etibarsızları “Tesla Model 3”, “Dacia Logan” və “Seat Alhambra”dır.

İstehsal tarixindən beş il keçən avtomobillər arasında ən etibarlısı “Volkswagen Golf Sportsvan”, “Volsvagenin krossoverləri (SUV) “T-Roc” və “T-Cross” olub. Beş yaşa qədər avtomobillər arasında ən etibarsız avtomobillər isə “BMW X5”, “BMW X6”, “Volkswagen Sharan” (17,7 faiz) və “BMW 2-Series Active Tourer” hesab edilib.

Yeddi yaşa qədər olan avtomobillər seqmentində ən etibarlı olanlar “Mazda CX-3”, yaşı doqquza qədər olanlarda “Mercedes-Benz B-Class”, yaşı 11 və 13-ə qədər olanlarda isə “Audi TT”dir.

Ən pis göstəricilər “Dacia Dokker”, “Renault Twingo” və “Dacia Logan” avtomobillərində qeydə alınıb.(sfera.az)