21 May 2024
Əlil arabasında gəzən Tağı Əhmədov: "1,5 ildir beləyəm, məni sağaldacaq həkim yoxdur"

Əlil arabasında gəzən Tağı Əhmədov: "1,5 ildir beləyəm, məni sağaldacaq həkim yoxdur"

01 Fevral 2022
Baxış: 553

“1,5 ildən artıqdır ki, ayaqlarım tutulub”.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Bakı metropoliteninin sabiq rəisi Tağı Əhmədov deyib.

Keçmiş rəis səhhətinin çox pis olduğunu bildirib:

“İlyarımdır yeriyə bilmirəm. Bilmirəm nəyə görə bu xəstəliyə tutuldum. Xəstəliyimin konkret diaqnozu “Miyelit”dir (onurğa-beyin iltihabı)”.

Tağı Əhmədov vurğulayıb ki, xaricdən Bakıya yenicə qayıdıb:

“Bir ildir Türkiyədə müalicə olunurdum. Almaniyaya da getdim. Xeyri yoxdur. Həkim olsaydı, məni sağaldardı. Həkim yoxdur. Olsaydı, konkret müalicəmi deyərdi”.