17 May 2024
Elariz Məmmədoğlunun mahnısı ABŞ radiosunda - VİDEO

Elariz Məmmədoğlunun mahnısı ABŞ radiosunda - VİDEO

19 Oktyabr 2021
Baxış: 753

Bir neçə ildir ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun mahnıları yerli radioda səslənir.

AJMEDİA.İNFO bildirir ki, bu barədə “Qafqazinfo”ya sənətçinin özü məlumat verib.

Belə ki, Məmmədoğlunun “Azəri torpağı”, “Hədiyyə” adlı mahnıları “Davidzon radio”da səslənir. Radionu Nyu-York, Nyu-Cersi, Konnektikut ştatlarında radio dalğada, internet üzərindən isə bütün dünyada dinləmək mümkündür.

Nyu-Yorkda yaşayan müğənni, həmçinin bildirib ki, Yeni il bayramı ilə əlaqədar digər ştatlardan restoran və konsert zallarında konsert vermək üçün təkliflər alıb və bir neçəsini qəbul edib.