16 May 2024
"El-Al" təyyarəsi əvvəlcə Sudan üzərindən uçdu

"El-Al" təyyarəsi əvvəlcə Sudan üzərindən uçdu

05 İyun 2020
Baxış: 455

5 İyun Cümə Gecəsində, Argentinaya uçan El-Al İsrail aviakompaniyası, ilk olaraq İsrailin diplomatik əlaqələri olmayan ölkə olan Sudanın hava məkanından keçib.

Təyyarə yerli ət istehsalçılarının tələbi ilə bir qrup ravvin Buenos Ayresə çatdırmaq üçün xüsusi uçuş həyata keçirdib.

Xatırladaq ki, hazırda xarici vətəndaşların Argentinaya qəbulu koronavirus pandemiyası səbəbindən bağlanıb, buna görə uçuşun təşkili Argentina Xarici İşlər Nazirliyinin müdaxiləsi nəticəsində həyata keçirilib.

Tipik olaraq, İsrail ravvinləri Argentinaya ildə iki dəfə müntəzəm uçuşlarla, bir neçə ay qalmaqla bura gəlirlər. Eyni zamanda, Argentinanın ət kəsmə məntəqələrində təxminən on israilli ravvin çalışır.
Argentina dünyanın ən böyük mal əti ixracatçısıdır, İsrail isə argentinalı mal əti (üçün ildə 100 milyon dollar) üçüncü ən böyük idxalçısıdır.

Teqlər: El-Al