16 May 2024
Əflatun Amaşovdan jurnalistləri təhqir edən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı İLK AÇIQLAMA

Əflatun Amaşovdan jurnalistləri təhqir edən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı İLK AÇIQLAMA

07 Fevral 2022
Baxış: 467

Media nümayəndələrini təhqir edən, onlara "reket", "dələduz", "casus" deyən biznesmen-deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

AJMEDİA.İNFO xəbər verir ki, Musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini də deyib.

O bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının idarə heyətində qala bilməz.