16 May 2024
Dünya İrəvan və Bakının şikayətlərindən yorulub - PAŞİNYAN

Dünya İrəvan və Bakının şikayətlərindən yorulub - PAŞİNYAN

18 Noyabr 2021
Baxış: 628

Ermənistan uzun illər Dağlıq Qarabağ məsələsində beynəlxalq ictimaiyyətin mövqeyini ədalətsiz hesab edib və Azərbaycanın mövqeyinə qulaq asmayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, nəticədə müəyyən andan etibarən artıq Ermənistanın özünün də mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur.

“İndi sual olunur ki, biz qərar qəbul etmək istəyirik, ya yox? Ermənistan hökumətinin missiyası qərar qəbul etməkdir. Amma deyilənlər o demək deyil ki, istənilən bir həll bizim üçün məqbuldur. Beynəlxalq ictimaiyyət Ermənistan və Azərbaycanın daimi şikayətlərindən sadəcə olaraq yorulub. Və kobud desək, hər iki tərəfi nəhayət öz aralarında razılığa gəlməyə və ortaq dil tapmağa çağırır. Niyə bizə elə gəlir ki, bütün dünya problem və qayğılarımızla yaşamalıdır? Bəlkə də bəzi problemlərimizi özümüzün həll etməyimizin vaxtıdır. Dünya ictimaiyyəti də bizə təxminən bunu deyir”, – Paşinyan bildirib.