22 May 2024
DİN-in qarşısında özünü YANDIRDI - Rəsmi AÇIQLAMA

DİN-in qarşısında özünü YANDIRDI - Rəsmi AÇIQLAMA

26 Aprel 2022
Baxış: 393

Daxili İşlər Nazirliyinin (DİN) inzibati binasının qarşısında intihara cəhd olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə bu gün günorta saatlarında qeydə alınıb.

Belə ki, orta yaşlı şəxs özünü yandırmağa çalışıb. Daha sonra ətrafa olan polis əməkdaşları yanğını söndürüb. Yaralı xəstəxanaya aparılıb.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin şəxsin evinin həyətində inşa etdiyi qanunsuz tikili yerli idarəetmə orqanları tərəfindən sökülüb: “Vətəndaş da buna etiraz edərək DİN-in inzibati binasının qarşısına gələrək intihara cəhd edib”.