21 May 2024
"Dərhal polisi məlumatlandırın” - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

"Dərhal polisi məlumatlandırın” - DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ

01 Dekabr 2023
Baxış: 363

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev hədə-qorxu ilə pul tələb edən şəxslərlə bağlı vətəndaşlara müraciət edib.

AJMEDİA.İNFO xəbər verir ki, müraciətdə bildirilir:

“Əgər kimsə sizdən - “fotolarını yayacağam”, “ailə üzvlərinizə fotolarını və mesajlarını göstərəcəyəm”, “haqqınızda sosial şəbəkədə rüsvayedici məlumatlar paylaşacağam”, - deməklə hədə-qorxu ilə pul tələb etsə, dərhal polisi məlumatlandırın. Əgər bir dəfə tələb olunan pulu versəniz, o davamlı olaraq sizdən daha böyük məbləğlərdə pul tələb edəcək.

Dünən əməkdaşlarımız birini tutublar. Eyni dalğa, eyni koordinatla vətəndaşı talayıb. Növbəti cəhdi isə…”