16 May 2024
CNN: “ABŞ-də təyyarənin pilotu uçuş zamanı huşunu itirib”

CNN: “ABŞ-də təyyarənin pilotu uçuş zamanı huşunu itirib”

24 Mart 2023
Baxış: 1304

ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərindən Ohayo ştatının Kolumbus şəhərinə uçan “Southwest Airlines” aviaşirkətinə məxsus təyyarənin pilotu uçuş zamanı huşunu itirib.

Bu barədə CNN şirkəti məlumat yayıb.

Məlumata görə, ekipajın köməyinə təyyarədə sərnişin kimi olan başqa aviaşirkətin pilotu gəlib. Təyyarədə olan tibb bacısı pilota tibbi yardım göstərib.

Tezliklə təyyarə Las-Veqasa qayıdıb. Huşunu itirmiş pilot xəstəxanaya aparılıb, ehtiyat komanda göyərtəyə qalxıb və təyyarə Kolumbusa yola düşüb.

ABŞ Federal Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.