22 May 2024
Cəlilabad sakini narkotik vasitələrin təsiri altında dörd avtomobili əzdi - FOTO

Cəlilabad sakini narkotik vasitələrin təsiri altında dörd avtomobili əzdi - FOTO

21 Dekabr 2021
Baxış: 491

Narkotik vasitənin təsiri altında qəza törədərək dörd avtomobilə xəsarət yetirən şəxs həbs olunub.

AJMEDiA.İNFO xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad rayon sakini Elvin Hüseynov sürücülük vəsiqəsi və etibarnamə olmadan idarə etdiyi tanışına məxsus VAZ-2105 markalı avtomobillə Cəlilabad şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.

Nəticədə daha üç nəqliyyat vasitəsinin - VAZ-2115, VAZ-2106 və “Mercedes-Benz” markalı avtomobillərə ziyan dəyməsi ilə nəticələnən zəncirvari qəza hadisəsi baş verib. E.Hüseynov müvafiq tibbi müayinədən keçirildikdə onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.

Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə E.Hüseynov 30 gün müddətində inzibati qaydada həbs olunub.