16 May 2024
Bu yolda sürət həddi aşağı salındı - Sürücülərin DİQQƏTİNƏ!

Bu yolda sürət həddi aşağı salındı - Sürücülərin DİQQƏTİNƏ!

06 Fevral 2024
Baxış: 366

Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat aşağı salınıb.

Bu barədə AJMEDİA.İNFO-ya Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.


Qeyd edilib ki, eyni zamanda bütün məlumat sürət tablolarında "Güclü külək" işarəsi qoyulub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.