22 May 2024
"Bu sərnişinlər stansiyalara buraxılmır" - DİN rəsmisindən AÇIQLAMA

"Bu sərnişinlər stansiyalara buraxılmır" - DİN rəsmisindən AÇIQLAMA

29 Sentyabr 2022
Baxış: 394

"Metropolitenə keçirilməsi qadağan olunan əşyalar aşkar olunduqda həmin əşyalarla sərnişinlər stansiyalara buraxılmır".

AJMEDİA.İNFO-nun xəbərinə görə, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

O bildirib ki, Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunan qayda və tələblərə uyğun xidmət təşkil olunub: "Bakı Metropolitenində sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra qabaqcıl üsul və texnologiyalar tətbiq edilir".