15 May 2024
Bu rayonda 3 gün QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

Bu rayonda 3 gün QAZ OLMAYACAQ - XƏBƏRDARLIQ!

10 Dekabr 2022
Baxış: 385

Biləsuvar rayonunda 3 gün təbii qazın verilişi müvəqqəti dayandırılacaq.

AJMEDİA.İNFO-ya bu barədə rayon icra hakimiyyətindən məlumat verilib.

Bildirilir ki, dövlət proqramı çərçivəsində təbii qazın həcminin qəbul edilməsini, əhaliyə fasiləsiz və təhlükəsiz çatdırılmasını təmin etmək üçün "Astara-Qazməmməd" magistral qaz kəmərində aparılan təmir və yeni çəkilmiş boru hissəsinin mövcud qaz kəmərinə qoşulması işlərinə görə, 13-15 dekabr tarixlərində qaz təchizatında fasilə yaranacaq.