15 May 2024
"Bu içkilər alkoqoldan daha təhlükəlidir” - Həkimdən HƏYƏCAN TƏBİLİ

"Bu içkilər alkoqoldan daha təhlükəlidir” - Həkimdən HƏYƏCAN TƏBİLİ

18 Avqust 2023
Baxış: 511

“Marketlərdə satılan enerji içkiləri alkoqoldan daha zərərlidir”.

AJMEDİA.İNFO bildirir ki, bunu türkiyəli məşhur həkim və diyetoloq Canan Karatay deyib.

O, enerji içkilərinin immunitet sisteminə təsirindən danışıb:

“Enerji içkilərinin həddindən artıq istehlakının ən çox bilinən yan təsiri yuxu ilə bağlı problemlərdir. Bu içkidən istifadə etdiyiniz zaman əlavə kofein səbəbindən xroniki yuxu pozğunluqları yaşaya bilərsiniz. Əvvəllərdə lazım olan enerji təmin edilsə də, sonrakı mərhələlərdə yorğunluq, yuxusuzluq və bədən ağrısı kimi yan təsirlər meydana çıxmağa başlayır. Bütün enerji içkilərinin tərkibində çoxlu qarğıdalı siropu şəkəri var. Bunlar immunitet sistemini məhv edir, bağırsaqları, beyin funksiyalarını pozur. Həmçinin, sinir sisteminə spirtli içkilərdən daha çox ziyan vurur. Həzm sistemini korlayır, bədən müqavimətini sıfıra endirir. Yəni bir çox xəstəliklər qaçılmazdır”.

Digər mütəxəssis, kliniki psixoloq Mine Çölümlü enerji içkilərinin bir növ psixoloji asılılıq yaratdığını ifadə edib: “İstehlak edilmədikdə sizi pis vəziyyətə salır. Həmçinin narahatlıq, depressiya və gərginlik əlamətlərinə səbəb ola bilir”.

Qeyd edək ki, Danimarkada aparılan araşdırmalara görə, enerji içkilərindən müntəzəm istifadə edən insanların piylənmə və şəkər xəstəliyinə tutulma riski daha yüksəkdir.(Sfera.az)