02 May 2024
Bu gün Qazaxıstanda parlament seçkiləri keçirilir

Bu gün Qazaxıstanda parlament seçkiləri keçirilir

19 Mart 2023
Baxış: 584

Qazaxıstanda respublika parlamentinə seçkilər keçirilir.

Səkkizinci çağırış Milli Məclis əvvəlkilərdən fərqli olaraq qarışıq sistemlə seçiləcək: deputatların 70%-i partiya siyahıları, qalan 30%-i isə birmandatlı dairələr üzrə seçiləcək. Ümumilikdə, Milli Məclisin 98 deputatı - 69-u partiya siyahıları, 29-u isə birmandatlı seçki dairələri üzrə seçilməlidir.

Əvvəllər aşağı palataya seçkilər proporsional sistemlə: partiya siyahıları üzrə keçirilirdi. Bununla yanaşı, seçki bülletenlərində “hamıya qarşı” qrafası yaranıb.

Qazaxıstanın bütün yeddi siyasi partiyası seçkilərdə iştirak etmək üçün öz namizədlərinin siyahılarını təqdim edib. Bundan əvvəl Mərkəzi Seçki Komissiyası partiyaların siyahısına 281 namizədin daxil edildiyini bildirib: “Ak Yol” Demokrat Partiyasından – 54, Amanat (Əmanət) Partiyasından – 90, “Aul” Xalq Demokratik Vətənpərvərlər Partiyasından – 25, “Baytak” Yaşıllar Partiyasından - 18, Ümummilli Sosial Demokrat Partiyasından - 19, Qazaxıstan Xalq Partiyasından - 52, Respublika Partiyasından - 23.