06 May 2024
Bu gün Azərbaycanda 3 nəfər YOLUXUB - SON STATİSTİKA

Bu gün Azərbaycanda 3 nəfər YOLUXUB - SON STATİSTİKA

18 Aprel 2022
Baxış: 384

Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

AJMEDİA.İNFO-ya bu barədə barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 126 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 954, bu günə qədər isə ümumilikdə 6 771 851 test icra olunub.