15 May 2024
Bu ərazidə su OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu ərazidə su OLMAYACAQ - XƏBƏRDARLIQ

16 Noyabr 2023
Baxış: 460

Bu gün Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə AJMEDİA.İNFO-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

Məlumata görə, fasilə su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədardır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.