22 May 2024
Boris Consondan Rusiya xalqına MÜHÜM MÜRACİƏT - VİDEO

Boris Consondan Rusiya xalqına MÜHÜM MÜRACİƏT - VİDEO

07 Aprel 2022
Baxış: 618

Həqiqəti bilmək rus xalqının haqqıdır.

AJMEDİA.İNFO xəbər verir ki, bu sözləri Böyük Britaniyanın Baş naziri Boris Conson rus xalqına videomüraciətində deyib.

“Ukraynanın Buça, İrpin və başqa yerlərində rus qoşunlarının törətdiyi vəhşiliklər dünyanı dəhşətə gətirdi. Dinc əhali qətlə yetirildi, qadınlara azyaşlı uşaqlarının gözü qarşısında təcavüz edildi. Hesabatlar o qədər sarsıdıcı və ürəkbulandırıcıdır ki, hökumətin onları sizdən gizlətməyi təəccüblü deyil. Prezidentiniz bilir ki, siz gerçəkləri bilsəniz, onun müharibəsini dəstəkləməyəcəksiniz. Bilir ki, bu cinayətlər oğlunu əsgərliyə yola salan hər bir rus anasının etibarına xəyanətdir”, - Conson deyib.

Conson müraciəti rus dilində sonlandırıb:

“Sizin prezidentiniz müharibə cinayətləri törətməkdə ittiham olunur. Mən inana bilmirəm ki, o, sizin adınıza hərəkət edir”.

(Axar.az)