16 May 2024
Bıçaqlanan şəxs: "Dedilər, təcili yardım maşını yoxdur, özün gəl" - VİDEO + RƏSMİ AÇIQLAMA

Bıçaqlanan şəxs: "Dedilər, təcili yardım maşını yoxdur, özün gəl" - VİDEO + RƏSMİ AÇIQLAMA

26 Yanvar 2024
Baxış: 325

Ağstafada bıçaqlanan şəxsin xəstəxanaya çatdırılması üçün təcili yardım maşınının olmaması iddia edilir.

AJMEDİA.İNFO bildirir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Videodakı şəxs iddia edib ki, o bıçaqlandıqdan sonra təcili yardıma zəng edilsə də, onlara maşının olmadığı deyilib və özünün xəstəxanaya gəlməsi təklif edilib.

Məsələ ilə bağlı mətbuat.az Ağstafa rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxananın baş həkimi İlham Sofuyev məlumatı təkzib edib:

"Ağstafada yetərli sayda təcili tibbi yardım maşını var. Həmin yaralı da xəstəxanaya maşınla gətirilib, şəhərin mərkəzində yüzlərlə insanın gözü qarşısında olub. Müəyyən gecikmələr ola bilər sadəcə, maşınlar bir çağırışdan digər çağırışa göndərilir, amma yetərli saydadır".