16 May 2024
"Bəyan edirəm ki..." - Gürcüstana qaçan ruslara bu bəyanatı imzaladırlar + FOTO

"Bəyan edirəm ki..." - Gürcüstana qaçan ruslara bu bəyanatı imzaladırlar + FOTO

26 Sentyabr 2022
Baxış: 357

Səfərbərlikdən yayınaraq Rusiyadan Gürcüstana gələn olan qaçqınlara bəyanat imzaladırlar.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Şəbəkə istifadəçiləri imzalanacaq bəyanatın fotosunu da paylaşıblar.

Bəyanatı imzalayan şəxs Rusiya vətəndaşlığını, ölkəsinin işğalçı olduğunu təsdiq etməli, Abxaziya və Osetiyanı Gürcüstan ərazisi kimi tanımalı, Rusiyanın gürcülərə qarşı etnik təmzləmə apardığını bəyan etməli, Rusiyanın digər suveren ölkələrə qarşı hərbi hücumlarını pisləməli və Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini tanıdığını bildirməlidir.(konkret.az)