16 May 2024
Bəşər tarixində ilk gerçəkləşir: Kosmosda planlaşdırılmış toqquşma...

Bəşər tarixində ilk gerçəkləşir: Kosmosda planlaşdırılmış toqquşma...

24 Noyabr 2021
Baxış: 560

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyi (NASA) bugün bir asteroidin trayektoriyasını dəyişdirmək bu göy cismi ilə toqquşma missiyasına başlayacaq.

AJMEDİA.İNFO xəbər verir ki, bu, bəşər tarixində Günəş sisteminin qravitasiyasına müdaxilə etmək üçün ilk cəhd olacaq.

NASA “Double Asteroid Delection Test” (DART) adlandırdığı bu missiya çərçivəsində Yerə çırpıla və planeti yox edə biləcək göy cisimlərindən necə müdafiə olunmağı sınaqdan keçirməyi planlaşdırır.

Çəkisi 610 kiloqram olan DART kosmik gəmisinin sabah Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələri bazasından “SpaceX”-in “Falcon 9” raketi ilə kosmosa buraxılması planlaşdırılır.

Didimos sistemindəki Dimorfos asteroidini hədəf alacaq kosmik gəminin bu missiyanı 26 sentyabr - 1 oktyabr tarixləri arasında yerinə yetirməsi gözlənilir.

Avropa Kosmik Agentliyinin “Hera” kosmik gəmisi 2024-cü ilin noyabr ayında Didimos sisteminə baş çəkəcək və toqquşmanın nəticələrini yaxından təhlil edəcək.(teleqraf.com)

Teqlər: NASA