16 May 2024
Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

Baş nazirdən tibb işçiləri ilə bağlı QƏRAR

27 Aprel 2022
Baxış: 412

Koronavirus xəstələrinə yardım göstərən tibb işçilərinin əməkhaqqına əlavənin müddəti artırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarda bildirilir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə qərarda dəyişiklik edilib.

Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin ödənilməsi müddəti mayın 1-dək uzadılıb. aydınlıq gətirdi: