17 May 2024
Bakıda vulkan püskürdü - ANBAAN VİDEO

Bakıda vulkan püskürdü - ANBAAN VİDEO

11 Avqust 2022
Baxış: 469

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində palçıq vulkanı püskürüb.

AJMEDİA.İNFO bildirir ki, püskürməni əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Videoda palçıq kütlələrinin bir neçə metr yüksəkliyə atıldığı görünür.

Həmin videonu təqdim edirik:

Qeyd edək ki, Yer kürəsində məlum olan 2000-dən artıq palçıq vulkanlarından 344-ü Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında yerləşir. Palçıq vulkanlarının əksəriyyəti Bakı, Abşeron yarımadasında yayılıb.