16 May 2024
Bakıda metro stansiyasının yaxınlığında YANĞIN - YENİLƏNİB

Bakıda metro stansiyasının yaxınlığında YANĞIN - YENİLƏNİB

17 Fevral 2022
Baxış: 659

“Ulduz” metro stansiyasının yaxınlığında yanğın başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, FHN-in (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Nərimanov rayonunda metronun “Ulduz” stansiyasının yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. İlkin məlumata əsasən, təqribən 50 kvadratmetr sahədə məişət tullantıları və mazut qalıqları yanır.

Əlavə məlumat veriləcək.

***

16:57

Bakının Nərimanov rayonunda, Ulduz metrostansiyasının yaxınlığında baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) KONKRET.az-a verilən xəbərə görə, bu gün saat 13:00 radələrində nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonunda Ulduz metrostansiyasının yaxınlığında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, ümumi sahəsi 800 kv.m olan beton konstruksiyadan ibarət talvarın altında yerləşən yüngül metalların presləmə sexində tullantılar və bitum qalıqları yanır.

Yanğınsöndürənlər tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumilikdə 50 kv.m sahədə metal tullantıları və bitum qalıqları yanıb. Yanğından sex və dəzgahlar mühafizə olunub.