Vasif Məhərrəmli plastik əməliyyatdan sonra - FOTO
1 saat əvvəlBakıda məktəbdə şagird BIÇAQLANDI - SAXLANILAN VAR
19 May 2022
Baxış: 460
Bakıda məktəbdə şagirdlər arasında bıçaqlanma hadisəsi baş verib.
AJMEDİA.İNFO "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 218 saylı orta məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 2007-ci il təvəllüdlü oğlan münaqişə zəminində 2008-ci il təvəllüdlü digər şagirdə bıçaqla xəsarətlər yetirib. Qol və bud nahiyəsindən xəsarətlər alan şagird xəstəxanaya aparılıb və ona tibbi yardım göstərilib.
Hadisəni törətməkdə şübhəli bilinən məktəbli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.