15 May 2024
Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran GÖRÜN KİM İMİŞ - ANBAAN VİDEO

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran GÖRÜN KİM İMİŞ - ANBAAN VİDEO

11 Fevral 2022
Baxış: 575

Bakıda küçədə gedərkən məktəbli qıza şillə vuran şəxs saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin Yasamal rayon sakini Əhməd Hüseynov olduğu müəyyənləşib. Polis bölməsində izahatı alınan Ə.Hüseynov əməlindən peşman olduğunu, yeniyetmədən və valideynlərindən üzr istədiyini bildirib.

Araşdırma zamanı məlum olub ki, o, eyni əməli bir neçə başqa qıza qarşı da törədib.

Xatırladaq ki, hadisə fevralın 5-də “İnşaatçılar” metrostansiyasının çıxışında baş verib. Atasının bildirdiyinə görə, sifətindən şillə zərbəsi alan qızın ağzından və burnundan xəsarət alıb.