06 May 2024
Bakıda dəhşətli HADİSƏ: Qazi ürəyindən BIÇAQLANDI

Bakıda dəhşətli HADİSƏ: Qazi ürəyindən BIÇAQLANDI

15 Avqust 2022
Baxış: 465

Bakının Nəsimi rayonunda qanlı hadisə baş verib.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə “Kubinka” ərazisində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Niyaməddin Ağayev naməlum şəxs tərəfindən ürəyindən bıçaqlanıb.

O, elə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsi və Prokurorluğunun əməkdaşları tərəfindən araşdırma aparılır.

***

Bakıda bıçaqlanan gənc oğlanın kimliyi məlum olub.

Ürəyindən bıçaqlanan Muradov Niyaməddin Dərşad oğlu parkda qətlə yetirilib.

O, naməlum kişini qadının əlindən telefon alaraq onu döyməsinin şahidi olub.

N. Muradov dərhal həmin kişinin bu əməlinin qarşısını almaq üçün qadını müdafiə etməyə çalışıb.

Naməlum kişi bıçaqla N.Muradovun ürəyinə zərbə endirib.

Xatırladaq ki, Niyaməddin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. o, “Qubadlının azad olunmasına” görə medalı ilə təltif edilib