21 May 2024
Bakıda bu universitetin əməkdaşı işdə VƏFAT ETDİ

Bakıda bu universitetin əməkdaşı işdə VƏFAT ETDİ

09 Mart 2023
Baxış: 387

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və Kimya kafedrasının böyük laborantı Kosayeva Aybəniz Qədir qızı vəfat edib.

AJMEDİA.İNFO-nun məlumatına görə, universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nicat Abdullayev "Report"a bildirib ki, A.Kosayeva bu gün səhər saatlarında işə gəlib və qəfil halı pisləşib.

Onun sözlərinə görə, universitetin tibb xidmətinin və çağırılan təcili tibbi yardım həkimlərinin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb:

"Aybəniz Kosayeva ürək çatışmazlığından əziyyət çəkirdi və bu xəstəliyə görə müalicə alırdı. Həkimlərin ilkin diaqnozuna görə onun ürək çatışmazlığından vəfat etdiyi ehtimal edilir. Allah rəhmət eləsin”.

Qeyd edək ki, A.Kosayeva 19 sentyabr 1951-ci ildə Qazax şəhərində anadan olub. O, 1968-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub və 1974-cü ildə Qeyri üzvi maddələrin və kimyəvi gübrələrin texnologiyası ixtisasını bitirib.

A.Kosayeva 1975-ci ildən Kimya kafedrasında (indiki Fizika və Kimya) işləyib.