16 May 2024
Bakı-Qazax yolunda dəhşətli qəza: Ölən var - Video

Bakı-Qazax yolunda dəhşətli qəza: Ölən var - Video

03 Yanvar 2023
Baxış: 400

Baş DYP İdarəsindən verilən məlumata görə bu gün saat 08:20 radələrində Bakı-Qazax yolunun 55 km-də 3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş hadisə nəticəsində avtomobillərdə yanğın başlayıb.
AJMEDİA.İNFO xəbər verir ki. Baş Dövlət Yol Polisi İdarəsindən Yeniavaz.com-a verilən xəbərə görə, ilkin məlumata görə hadisədə iştirak edən nəqliyyat vasitələrindən biri yanacaq daşıyan avtomobildir. Əraziyə dərhal Baş DYP İdarəsinin və FHN-nin əməkdaşları cəlb edilmişdir.
Hadisə nəticəsində ilkin məlumata görə 1 nəfər dünyasını dəyişib. DYP əməkdaşları yolda təhlükəsizliyi təmin edərək hərəkətin nizamlanmasını həyata keçirirlər.
Hadisə barədə ətraflı məlumat veriləcək.