22 May 2024
Azərsu ASC-də yoxlamalar başlayır, kütləvi həbslər olacaq – SON DƏQİQƏ!

Azərsu ASC-də yoxlamalar başlayır, kütləvi həbslər olacaq – SON DƏQİQƏ!

15 İyul 2022
Baxış: 537

Azərbaycanda əhalinin su problemi illərdi ki, həllini tapa bilmir.

AJMEDİA.İNFO Paytaxt.org-a istinadən bildirir ki, buna səbəb Azərsu ASC-də baş verən qanunsuzluqlar və maxinasiyalardır.

Sosial şəbəkələr və saytlar nə qədər yazsa da, bu qurum barədə hələ də ölçü götürülmür. Azərsu daxilində baş verən tender oyunlarına, maxinasiyalara, ”kadr siyasətinə” sədrin səlahiyyətlərini daşıyan Köçərli Həsənovun başçılıq etdiyi deyilir. Məhz buna görə də, günü-gündən şikayətlər artır, iş rejimi iflic hala düşür.

Xatırladaq ki, 04 aprel 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub. Və sədrin bütün səlahiyyətləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Köçərli Həsənova həvalə edilib.

Dövlət Təhlükəsizlik Xidmətinə və Prezident Administrasiyasına olunan çoxsaylı şikayətlərə görə, qısa müddət ərzində Azərsu ASC-də ciddi yoxlamaların başlayacağının, hətta kütləvi həbslərin olacağı gözlənilir.

Teqlər: Azərsu ASC