16 May 2024
Azərbaycanla Meksika arasında əməkdaşlıq məsələləri müzakirə oludu

Azərbaycanla Meksika arasında əməkdaşlıq məsələləri müzakirə oludu

07 Oktyabr 2021
Baxış: 399

Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini ilə görüşüb.

AJMEDİA.İNFO xəbər verir ki, səfirlikdən verilən məlumata görə, görüş zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri, habelə ikitərəfli əlaqələrin hüquqi bazasını təkmilləşdirmək istiqamətində görülən işlər müzakirə olunub.

Bundan əlavə, komitə sədri keçirdikləri son tədbirlər, xarici ölkələrlə əməkdaşlığın genişlənməsinə dair atılan addımlar barədə məlumat verib. Səfir isə iki ölkə arasında ayrı-ayrı qurumlar səviyyəsində əlaqələrin daha da inkişaf etdirilməsinə dair fikirlərini bölüşüb.