Ədalət Şükürov həyat yoldaşı ilə birgə - FOTO
18 dəqiqə əvvəlAzərbaycanla Gürcüstan arasında iki sənəd imzalandı
29 Sentyabr 2021
Baxış: 411
Azərbaycan Respublikası ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclası çərçivəsində standartlaşdırma və metrologiya, uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası saziş imzalanıb.
Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir tədbir çərçivəsində həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Gürcüstanın analoji qurumları arasında anlaşma memorandumları imzalanıb.
"Bu sənədlərdən irəli gələn məsələlərin icrası qarşılıqlı faydalı əlaqələrimizin inkişafında əhəmiyyətli olacaq", - nazir qeyd edib.