Vasif Məhərrəmli plastik əməliyyatdan sonra - FOTO
16 saat əvvəlAzərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO
16 Sentyabr 2021
Baxış: 798
Əməkdar artist Çiçək Rzayeva vəfat edib.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Qafqazinfo"ya onun yaxınları məlumat verib.
Məlumata görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub.
Çiçək Rzayeva arfa musiqi alətində təkcə klassik deyil, xalq mahnılarımızın da mahir ifaçısı idi. 50 ildən çox bir müddətdə Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub. 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdü.
Allah rəhmət eləsin!