16 May 2024
Azərbaycanda vəzifəli xanım İŞDƏN ÇIXARILDI

Azərbaycanda vəzifəli xanım İŞDƏN ÇIXARILDI

22 May 2023
Baxış: 420

Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət İbrahimova tutduğu vəzifədən azad edilib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Samiq Sadıxov əmr imzalayıb.

Digər əmrlə həmin vəzifəyə Ləman İbrahimova təyin edilib. 1978-ci ildə Naxçıvan şəhərində doğulan Ləman İbrahimova Azərbaycan Tibb Universitetinin məzunu, həkim-kardioloqdur.