21 May 2024
Azərbaycanda vətəndaşlardan 21 tüfəng götürüldü

Azərbaycanda vətəndaşlardan 21 tüfəng götürüldü

13 Dekabr 2021
Baxış: 572

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Əldə edilən məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 11-də və 12-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 21 ədəd ov tüfəngi götürülüb.

Polis əməkdaşları tərəfindən aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan müxtəlif markalı dörd ədəd ov tüfəngi könüllü olaraq rayon polis şöbələrinə təhvil verilib.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.