15 May 2024
Azərbaycanda tanınmış aparıcının ölüm xəbəri yayıldı - FOTO

Azərbaycanda tanınmış aparıcının ölüm xəbəri yayıldı - FOTO

27 Dekabr 2023
Baxış: 462

Sosial şəbəkədə tanınmış aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.

AJMEDİA.İNFO bildirir ki, aparıcı özünün "Facebook" hesabında paylaşım edərək qeyd edib:

"Tik-tok"da ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də qoşuldum ona, ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq ki?".