16 May 2024
Azərbaycanda qanunsuzluq edən ərəb CƏZALANDIRILDI - FOTO

Azərbaycanda qanunsuzluq edən ərəb CƏZALANDIRILDI - FOTO

19 Yanvar 2024
Baxış: 338

Xarici ölkə vətəndaşının Biləsuvar rayonu, Muğan kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı kitab”ına düşmüş bəzgək quşunu ovlaması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

AJMEDİA.İNFO xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qanunsuz ov edən şəxsin Qətər vətəndaşı Salem Jaber Al-Marri olduğu müəyyən edilib.

“Faktla bağlı təqsirkar şəxs barəsində akt, protokol tərtib olunub və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən, 2 330 manat məbləğində cərimələnib”, - deyə qurum rəsmisi əlavə edib.