15 May 2024
Azərbaycanda market və bazarlarda ən çox hansı məhsullar bahalaşıb? - VİDEO

Azərbaycanda market və bazarlarda ən çox hansı məhsullar bahalaşıb? - VİDEO

28 Dekabr 2021
Baxış: 1028

Market və bazarlarda istər ərzaq məhsullarının, istərsə də meyvə və tərəvəzlərin qiymətində bahalaşma var. Elə Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərdə bahalaşamanın olduğunu göstərir. Əməkdaşımız Ömər Xıdırov marketlərdə hansı məhsulların qiymətində nə qədər bahalaşma var, bunu araşdırıb.

Ərzaq bol,qiymətlər isə baha.

Marketlər və bazarlardan alış-veriş edən vətəndaşlar qiymətlərin bahalaşdığını bildirir..Alıcıların sözlərinə görə, məhsulların qiymətlərində artım müşahidə olunur.

Elə sahibkarların özləri də satdıqları məhsullarda qiymət artımının olduğunu təqdiqləyir…

Elə qiymət artımını Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlər də təsdiqləyir.Məlumatına görə,bu ilin yanvar-noyabr ayları üzrə ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiyməti 7,4 faiz artıb.Ötən ay ərzində isə çörək və çörək məmulatları, yumurta 4 , balıq məhsulları 7,ət və süd məhsulları,kərə və bitki yağları 8, meyvələr 9,tərəvəzlərin isə qiyməti 6 faiz artıb.QRAFİK…

İqtisatçı ekspert Xalid Kərimlinin sözlərinə görə,qiymət artımı bundan sonra da davam edəcək.Çünki qiymət artımı prosesi dünya ölkələrində də davam edir.Bunun əsas səbəbi isə pandemiyanın olmasıdır.

Bununla yanaşı portağalın, naringinin, heyvanın, xurmanın, kivinin, pomidorun və çuğundurun qiymətlərində ucuzlaşma müşahidə olunur.

AJMEDİA.İNFO