16 May 2024
Azərbaycanda influenserlər arasında dava - Yazışmalar yayıldı

Azərbaycanda influenserlər arasında dava - Yazışmalar yayıldı

06 İyun 2022
Baxış: 990

Azərbaycanlı influenserlər arasında növbəti qalmaqal yaranıb. Belə ki, Həmidə Hacıyeva (Hemistyle) bir neçə gün sonra baş tutacaq ad gününə dəvət edəcək xanımları votsap qrupuna əlavə edib və tarix, məkan barədə məlumat verib.

AJMEDİA.İNFO xəbər verir ki, bu zaman xanımlar arasında müzakirə uzun çəkib və böyüyüb. İddiaya görə, lazımi məlumatları alan Leyla Muradlı (Leila Land) qrupu tərk edib.

Bundan sonra Şəfəq Məmmədova (wefegm) daxil olmaqla bir neçə influenser sözügedən xanım barədə xoşagəlməz sözlər işlədib.

Qrupda Leylaya yaxın olan xanımlardan biri yazışmaların sürətini çıxararaq ona atıb. Bundan hiddətlənən L. Muradlı instaqramda status yazıb, sözügedən mesajları hekayəsində paylaşaraq həmin şəxsləri ifşa edib.

Bundan sonra tərəflər arasında gərginlik daha da artıb.

(olay.az)