16 May 2024
Azərbaycanda general saxlanıldı - "Tərtər işi" ilə bağlı İDDİA

Azərbaycanda general saxlanıldı - "Tərtər işi" ilə bağlı İDDİA

02 Sentyabr 2022
Baxış: 421

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor Bəkir Orucov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Bəkir Orucovun hansı səbəbdən saxlanıldığı hələlik açıqlanmasa da, onun "Tərtər işi" ilə bağlı şübhəli şəxs olduğu iddia edilir.

Qeyd edək ki, general-mayor Bəkir Orucov bundan əvvəl Cəmşid Naxçıvanski adına Hərbi liseyin rəisi olub. (APA)