15 May 2024
Azərbaycanda gənc yazıçının içkisindən şüşə çıxdı: "Ölsəm, səbəbi Bizondur"

Azərbaycanda gənc yazıçının içkisindən şüşə çıxdı: "Ölsəm, səbəbi Bizondur"

09 Avqust 2021
Baxış: 818

“Bizon” enerji içkisinin içərisindən şüşə qırıntıları çıxıb.

AJMEDİ.İNFO xəbər verir ki, bu barədə gənc yazıçı Elşad Barat öz sosial şəbəkə hesabında yazıb.

Onun yazdığına görə, məsələylə bağlı şirkətlə əlaqə saxlamaq istəyib, amma cavab verən olmayıb:

“Sol əlimdəki şüşə sağ əlimdəki bizonun içindən çıxdı. Qapağı açdım, xırda-xırda şüşələr ilk qurtumda getdi. Yaxında ölüb eləsəm, səbəbi Bizondur. Qabın üzərindəki qaynar xəttə zəng etdim, nömrə borcdan bağlıdır. Bunlar nə etmək istəyir? Milləti qırmaq?”