15 May 2024
Azərbaycanda deputat paylaşımlarını "like" etməyənləri "vicdansız" ADLANDIRDI

Azərbaycanda deputat paylaşımlarını "like" etməyənləri "vicdansız" ADLANDIRDI

18 May 2021
Baxış: 589

Milli Məclisin deputatı Etibar Əliyev feysbuk hesabında paylaşımlarına reaksiya verməyən dostlarını təhqir edib.

AJMEDİA.info xəbər verir ki, deputat həmin şəxsləri dostluğundan çıxaracağını vurğulayıb. E. Əliyevin sözlərinə görə, onun feysbukda 5000 dostu var və paylaşımlarına kim münasibət bildirmək istəmirsə, dostluğu tərk etməlidir: “Bunu etməyən şəxsi vicdansız hesab edirəm. Yük olmaq lazım deyil. Mən təhsil və elm barədə ciddi paylaşmalar edəcəyəm. Dostluq üçün çoxsaylı müraciətlər var. Əks təqdirdə inciməyin, özüm dostluqdan çıxaracağam”.

Millət vəkilinin sözügedən statusu dostları tərəfindən birmənalı qarşılanmayıb. Statusa şərh yazanlar bu məsələdə belə sərt olmağın lazımsız olduğunu vurğulayıblar. Həmçinin deputatın özünün dostluğunda olan şəxslərin statusuna vaxt ayırıb-ayırmadığı da sual olunub.