16 May 2024
Azərbaycanda çay məcrasında ÇIXDI: Kəndlər təhlükə ilə üz-üzə QALDI

Azərbaycanda çay məcrasında ÇIXDI: Kəndlər təhlükə ilə üz-üzə QALDI

21 Mart 2022
Baxış: 701

Cəlilabadda əkin sahələrini su basıb.

AJMEDİA.İNFO “Report”a istinadən xəbər verir ki, rayon ərazisindən keçən Mişarçay məcrasından çıxıb.

Yerli sakinlərin sözlərinə görə, çayın daşması nəticəsində Muğan, Maşlıq kəndlərinin, eləcə də köhnə Ələt-Astara magistralında, Göytəpə şəhərinə gedən istiqamətdə yolun sağ və sol istiqamətlərində onlarla hektar kartof, çiyələk sahələri, istixanalar su altında qalıb.

Məlumata görə, yaşayış məntəqələrinin müəyyən hissəsinin də su altında qalmaq təhlükəsi yaranıb.

Təhlükəni sovuşdurmaq üçün bu istiqamətdə tədbirlər həyata keçirilir.