15 May 2024
Azərbaycanda BU XANIMA yüksək VƏZİFƏ VERİLDİ - FOTO

Azərbaycanda BU XANIMA yüksək VƏZİFƏ VERİLDİ - FOTO

19 İyun 2023
Baxış: 455

Kifayət Məmmədova Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzinin direktor müavini - baş həkim təyin olunub.

AJMEDİA.İNFO "Report"aistinadən xəbər verir ki, bu barədə muxtar respublikanın səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, K.Məmmədova 1969-cu ildə Naxçıvanda anadan olub. Naxçıvan şəhər 5 nömrəli məktəbdə təhsil alıb.

Rusiyanın İrkutsk Dövlət Tibb Universitetini bitirib. O, Türkiyə, İsrail və Rusiya universitet və xəstəxanalarında çalışıb, doğum və cərrahiyə üzrə ixtisasartırma kursları keçib.