16 May 2024
Azərbaycanda bu şəxslərə PULSUZ TORPAQ VERİLƏ BİLƏR

Azərbaycanda bu şəxslərə PULSUZ TORPAQ VERİLƏ BİLƏR

27 Noyabr 2023
Baxış: 368

İşğaldan azad edilmiş ərazilərdə kəndlərdə yaşayan əhaliyə pay torpaqlarının verilməsi gözlənilir.

AJMEDİA.İNFO Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentdə "Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" qanun layihəsinin müzakirəsi zaman deyib.

S.Novruzov vurğulayıb ki, kəndlər kompaktlaşdırılaraq, onlara böyük məktəblər, xəstəxanalar tikilməsi nəzərdə tutulur.

Qanun layihəsinə görə, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla inzibati sərhədlər daxilində Ağdərə rayonu yaradılacaq.