21 May 2024
Azərbaycanda avtomobil QƏZASI: Polis məktəbliləri VURDU

Azərbaycanda avtomobil QƏZASI: Polis məktəbliləri VURDU

08 May 2023
Baxış: 394

Şabranda polisin idarə etdiyi avtomobil məktəbliləri vurub.

AJMEDİA.İNFO-nun məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov Lent.az-a bildirib ki, hadisə mayın 8-də səhər saatlarında Şabran rayonu ərazisində baş verib:

"İki məktəbli qəfil hərəkətdə olan “Toyota" markalı avtomobilin yoluna çıxıb. Avtomobilin sürücüsü olan polis nəfəri məktəbliləri xəstəxanaya çatdırıb. Hazırda onların müalicələri davam etdirilir, vəziyyətləri normaldır, həyati təhlükələri yoxdur.

Faktla bağlı Şabran RPŞ-də araşdırmalar davam etdirilir".