17 May 2024
Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü "TikTok"da paylaşdı - Polis hərəkətə keçdi + VİDEO

Azərbaycanda 4 yeniyetmə həmyaşıdını alçaldıb görüntüsünü "TikTok"da paylaşdı - Polis hərəkətə keçdi + VİDEO

28 Aprel 2022
Baxış: 612

Sosial şəbəkədə xoşagəlməz görüntülər yayılıb.

AJMEDİA.İNFO baku.ws-ə istinadən xəbər verir ki, "TikTok"da paylaşılan videoda göründüyü kimi 4 yeniyetmə oğlan bir nəfəri təkləyib. Onun şərəf və ləyaqətini alçaldırlar və bunu telefonla çəkirlər.

Onlar oğlandan üzr istəməsini tələb edirlər. Daha sonra gənclərdən biri həmin oğlana yumruq atır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, məsələ araşdırılacaq və ətraflı məlumat veriləcək.

Qeyd edək ki, video aşağıda təqdim etdiyimiz "TikTok" səhifəsində paylaşılıb və bir müddət sonra silinib.