15 May 2024
Azərbaycan Xankəndidə musiqi festivalı keçirəcək? - SOSİAL ŞƏBƏKƏDƏ AJİOTAJ

Azərbaycan Xankəndidə musiqi festivalı keçirəcək? - SOSİAL ŞƏBƏKƏDƏ AJİOTAJ

18 Oktyabr 2021
Baxış: 603

Bu gün "Facebook"sosial şəbəkəsinin Azərbaycan seqmentində ilginc elan paylaşılıb.

AJMEDİA.İNFO xəbər verir ki, istifadəçilərə səhər saatlarında Xankəndidə musiqi festivalı keçiriıməsi barədə bildiriş göndərilib. Elanda yazılıb:

"Hörmətli,vətəndaşlar!


Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ili münasibətilə işğaldan azad olunmuş Xankəndi şəhərinin Azərbaycan bayrağı meydanında keçiriləcək musiqi festivalına dəvətlisiniz".

Elanda festivalın Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmalarının təşkilatçılığı ilə keçiriləcəyi qeyd olunub.

Mədəniyyət Nazirliyindən Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki, sözügedən tədbirdən xəbərsizdirlər: "Bu tədbirin Mədəniyyət Nazirliyi ilə heç bir əlaqəsi yoxdur. Təşkilatçı olaraq nazirliyin adı qeyd olunsa da, festivalla bağlı hər hansı məlumatımız yoxdur".

photo_2021-10-18_10-31-47.jpg (84 KB)