16 May 2024
Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə birgə təlim keçirəcək

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzərdə birgə təlim keçirəcək

31 Avqust 2021
Baxış: 704

Azərbaycan, Rusiya, İran və Qazaxıstan Xəzər dənizində birgə təlim keçirəcək.

Bu barədə Rusiyanın Xəzər Hərbi Donanması komandanının müavini kontr-admiral Sergey Yekimov bildirib.

O qeyd edib ki, “Beynəlxalq Ordu Oyunları-2021” yarışları çərçivəsində İranda keçirilən “Dəniz kuboku” müsabiqəsi başa çatandan sonra Rusiya, Azərbaycan, İran və Qazaxıstandan olan iştirakçılar Xəzər dənizində birgə təlim keçirəcək. (APA)